Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klub futbolçusundan izahat tələb edəcək
"Lester" əlcəzairli yarımmüdafiəçi Riyad Mahrezdən izahat tələb edəcək.
Sportfm.az xəbər verir ki, 26 yaşlı futbolçu özbaşına olaraq başqa kluba keçməyə cəhd göstərib. Milli komanda düşərgəinə göndərilən Mahrez potensial alıcılarla danışıqlar üçün Əlcəzair Futbol Federasiyasından icazə alıb. Amma mediada onunla maraqlandığı deyilən "Çelsi", "Tottenhem" və "Barselona" ingilislərə rəsmi təklif göndərməyib.
"Lester" transferi 50 milyon funta yekunlaşdırmaq niyyətindədir. Son rəsmi təklif "tülkülər"ə 2 həftə öncə "Roma"dan gəlib. Paytaxt klubu 32 milyon funt ödəməyə hazır olsa da, qarşı tərəf bunu yetərsiz hesab edib. İspaniyada yay transfer pəncərəsi sentyabrın 1-də başa çatır.
Oxşar xəbərlər
"Atalanta"nın futbolçusu İngiltərəyə yollanır
Müdafiəçi transferində rekord məbləğ
"Napoli" 120 milyon tələb etdi
İspaniya klubu "Roma"ya mane oldu
Çempion “Arsenal”la razılığa gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası