reklam
Ardanın komandası vaxtından əvvəl çempion oldu
Sportfm.az xəbər saytı

Ardanın komandası vaxtından əvvəl çempion oldu


Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u Ukrayna Premyer Liqasında vaxtından əvvəl çempion olub.

Sportfm.az xəbər verir ki, klub Premyer Liqanın 27-ci turunda səfərdə "SK Poltava"nı 4:0 hesabı ilə məğlub edib.

10 may

"SK Poltava" - "Şaxtyor" - 0:4

Qollar: Krıskiv, 45+3, İsaque Silva, 55, 61, Traore, 67

Bu qələbədən sonra ən yaxın izləyicisi ilə xal fərqini 11-ə yüksəldən "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib. Donetsk təmsilçisi tarixində 16-cı dəfə Ukrayna çempionu olub.

Qeyd edək ki, Arda Turan bu uğurla Avropada yüksək liqa çempionluğu qazanan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb.

Oxşar xəbərlər

"Şaxtyor"da yeni müqavilə
"Şaxtyor"un çempionluğu rəsmiləşdi - Premyer Liqa
"Şaxtyor" çempion oldu - ardıcıl 2-ci dəfə
"Şaxtyor" növbəti dəfə Ukrayna çempionu oldu
10-cu dəfə çempion oldular!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər