reklam
Sportfm.az xəbər saytı

"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi -Birinci Liqa


I Liqada 25-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matç artıq başa çatıb.

Lider "Şəfa" autsayder "Difai"nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Beləliklə, "Şəfa" qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.

2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Səbail" lider "Şəfa" ilə xal fərqini daha da azaldıb.

"Şimal" və MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Şimal” – MOİK 1:1

Qollar: A.Qla, 40 // S.Fərəcov, 85
Şamaxı OİK stadionu

"Difai” – “Şəfa” 0:0
Buzovna qəsəbə stadionu

"Zaqatala” – “Səbail” 0:3

Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81
Zaqatala OİK stadionu

Oxşar xəbərlər

“Şəfa” qələbəyə sevindi - I Liqa
Birinci Liqada lider dəyişəcəkmi? - 17-ci tur
MOİK “Şəfa”ya, “Difai” “Cəbrayıl”a qarşı - I Liqa
“Şəfa” - “Difai” matçında bərabərlik - I Liqa
"Şəfa" "Difai"ni qəbul edəcək - I Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər