reklam
Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
Sportfm.az xəbər saytı

Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə UEFA arasında yaxın günlərdə əməkdaşlıq müqaviləsi imzalanacaq.

Sportfm.az bildirir ki, bu barədə report-a AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.

Onun sözlərinə görə, rəsmi anlaşmadan sonra ölkədaxili bütün beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı veriləcək. Bu icazə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup və "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarına da şamil olunacaq.

Qeyd edək ki, AMADA iyulun 5-də AFFA ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Memorandumun müddəalarına uyğun olaraq, bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif tədbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Oxşar xəbərlər

AMADA ilə ictimai birlik arasında memorandum imzalandı
DSX və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı
UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi nə vəd edir?
Azərbaycan Premyer Liqasında dopinq nəzarəti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər