Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qattuzo millidən getdi
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən göndərilib.
Sportfm.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Qatuzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Federasiya Qattuzo və onun məşqçilər korpusuna göstərdikləri peşəkarlıq, fədakarlıq və işə olan yanaşmaya görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
İtaliya yığması DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub (1:1, 1:4). Bununla da komanda mundialda iştirak hüququnu itirib.
Bundan əvvəl federasiyanın prezidenti Qabriel Qravina mütəxəssisi istefaya göndərməyəcəklərini desə də, daha sonra baş məşqçi ilə bağlı qərar dəyişib. Ötən gün isə Qabriel Qravina özü istefa verib.
Qattuzo 2025-ci ildən İtaliya millisinə rəhbərlik edir. O, əvvəllər "Hayduk Split", "Marsel", "Napoli" və "Milan"ı çalışdırıb.

Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefaya göndərildi
İtaliya millisini Qattuzo çalışdıracaq - RƏSMİ
İtaliya millisi ona tapşırılacaq
Qattuzoya İtaliyada iş tapılmadı
Cennaro Qattuzo millini çalışdırmaqdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası