reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Fənərbaxça"nı cəzalandırdı


UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı (CEDB) Türkiyənin "Fənərbaxça" klubu ilə bağlı qərarlarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, buna İstanbul komandasının azarkeşlərinin UEFA Avropa Liqasının pley-off mərhələsində "Nottingem Forest"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunu zamanı yolverilməz davranışları səbəb olub.

Fanatların pirotexniki vasitələrdən istifadə etməsi və onları meydançaya atmasına görə klub 30 min avro cərimələnib. Bundan əlavə, “Fənərbaxça” səfərdə keçirəcəyi növbəti avrokubok matçı üçün azarkeşlərinə bilet sata bilməyəcək.

Həmçinin tribunaya vurulan ziyanlara görə klub əlavə olaraq 20 500 avro cərimə olunub. UEFA, “Fənərbaxça”ya zədələnmiş oturacaqlarla bağlı 30 gün ərzində “Nottingem Forest”lə əlaqə saxlayaraq dəymiş zərərin ödənilməsini tapşırıb.

Qeyd edək ki, "Fənərbaxça" "Nottingem Forest"ə öz meydançasında 0:3 hesabı ilə uduzduğu üçün cavab matçındakı minimal fərqli qələbəyə baxmayaraq, 1/8 finala yüksələ bilməyib və mübarizəni dayandırıb.

Oxşar xəbərlər

"Fənərbaxça" uddu və "uduzdu" - Avropa Liqası
Bu gün pley-off mərhələsinə start veriləcək - Avropa Liqası
“Nottingem Forest”də yeni baş məşqçi - RƏSMİ
"Nottingem Forest" - "Tottenhem" 1:0 - VİDEO
"Fənərbaxça"nın baş məşqçisinə ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər