reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"də iki ayrılıq


"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb.

Sportfm.az xəbər verir ki, Gəncə təmsilçisi cinah hücumçusu Şahmar Aşurov və müdafiəçi Raul Məmmədovla əməkdaşlığa son qoyub.

Sözügedən oyunçular ümidləri doğrulda bilmədikləri üçün onların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Raul mövsümün geridə qalan hissəsində "Kəpəz" forması ilə 5 matça çıxıb ki, bunlardan da 4-ü Misli Premyer Liqası, 1-i isə Bizon Azərbaycan Kuboku çərçivəsində baş tutub. U-21 millisinin üzvü ümumilikdə 239 dəqiqə meydanda olub və məhsuldar göstəricilərlə yadda qalmayıb. Aşurov isə çempionatda 7, kubokda 2 görüşdə forma şansı qazanıb. Azər Bağırovun "Zirə"nin əvəzedici komandasından heyətə cəlb etdiyi futbolçu kubokda 1 qol və 1 assistlə diqqət çəkib. (Fanat.Az)

Oxşar xəbərlər

"Kəpəz" daha iki futbolçusunu göndərir
“Kəpəz”də ayrılıq - İki legionerini göndərdi
"Kəpəz" braziliyalı oyunçunu göndərdi
"Zirə"nin oyunçusu "Kəpəz"də
“Kəpəz”də ayrılıq - 2 futbolçusunu göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər