reklam
2-ci liqada 12-ci tura yekun vuruldu
Sportfm.az xəbər saytı

2-ci liqada 12-ci tura yekun vuruldu


Bu gün Azərbaycan 2-ci liqasında 12-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, üçüncü oyun günündə 3 matç həyata keçirilib.

"Şəmkir" səfərdə "Dinamo"ya, "Kür-Araz" evdə "Göygöl"ə 2 cavabsız qolla qalib gəlib. "Şirvan" - "Ağdaş" matçı isə qolsuz bərabərliklə yekunlaşıb. Hazırda "Xankəndi" 33 xalla turnir sıralamasına liderlik edir. "Araz Saatlı" isə 4 xalla siyahının sonuncu pilləsində qərarlaşıb.

9 dekabr (çərşənbə axşamı)

14:00. "Dinamo" - "Şəmkir" - 0-2

Qollar: Turqut Mustafazadə, 51; Tural Məmmədzadə, 69

Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva

Binə qəsəbə stadionu

14:00. "Şirvan" - "Ağdaş" - 0-0

Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev

Şirvan OİK stadionu

14:00. "Kür-Araz" - "Göygöl" - 2-0

Qollar: Elxan Məmmədov, 33; Əli Tağızadə, 90+6

Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə

7 dekabr (bazar)

“Ağstafa Gəncləri” – "Qaradağ Lökbatan" – 0:1

8 dekabr (bazar ertəsi)

“Şəki Siti” – "Araz Saatlı" – 4:0

"Quba" - "Xankəndi" - 1:2

Oxşar xəbərlər

12-ci turun hakim təyinatları məlum oldu - 2-ci liqa
4 turun oyun cədvəli məlum oldu - İkinci Liqa
6 oyunun hakimləri açıqlandı - II Liqa
7-ci tura yekun vuruldu - II Liqa
18 oyunun vaxtı açıqlandı - II Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər