reklam
Cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandı -Uğur


Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.

Sportfm.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.

Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.

Yığmamızın digər üzvləri — Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.

Oxşar xəbərlər

Cüdoçumuz bürünc medal qazandı - Qran-Pri
Dörd cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə
Daha bir cüdoçumuz medal qazandı - Böyük Dəbilqə
İki cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər