Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda işləmiş baş məşqçi ilə müqaviləyə xitam verildi
Türkiyənin “Serik Bələdiyəspor” klubu baş məşqçi Sergey Yuranla müqaviləyə xitam verib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssis iyulun 1-də komandanın “sükanı arxasına” gətirilmişdi. Müqavilə bir mövsümlük nəzərdə tutulmuşdu. Hazırda Türkiyə birinci liqasında çıxış edən “Serik Bələdiyəspor” 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Yuran Türkiyəyə gəlməzdən əvvəl Rusiyanın “Pari Nijniy Novqorod” klubunda çalışırdı və 2024-cü ilin aprelində oradan ayrılmışdı. O, karyerası ərzində Moskva “Spartak”ının məşqçilər heyətində yer alıb, həmçinin, “Almaz”, “Dinamо” (Stavropol), “Şinnik”, “Baltika”, “Ximki”, “SKA-Xabarovsk”, “Sibir”, “Zorkiy”, eləcə də “Lokomotiv” (Qazaxıstan), “Simurq” (Azərbaycan), “Mika” (Ermənistan), “Ditton” (Latviya) və TFMK (Estoniya) kimi komandaları idarə edib.
Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib.

Oxşar xəbərlər
Türkiyə klubunda baş məşqçi istefası - Ayrılıq
Türkiyə klubu azərbaycanlı məşqçi ilə yollarını ayırdı
Sergey Yuranın yeni klubu açıqlandı
"Ximki" baş məşqçisini göndərdi - Ayrılıq
"Spartak" baş məşqçisini göndərdi - Müqaviləyə xitam verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası