Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərəni tərk edib Türkiyəyə yollandılar
Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqasından 2 futbolçu transfer edib.
Sportfm.az xəbər verir ki, bunlar hücumçu Sofian Fequli və dayaq yarımmüdafiəçisi Fernando Fransisko Rejesdir.
Onlarla müvafiq olaraq 3+1 illik və 3 illik müqavilə bağlanıb. Fequliyə təminat məbləği kimi 3,8 milyon avro, klubu "Vest Hem"ə 4,5 milyon avro, Fernandoya 3 milyon avro, klubu "Mançester Siti"yə 5,25 milyon avro ödəniləcək. Onlar iyulun 30-dək İstanbula gəlib tibbi müayinədən keçərək, rəsmi müqaviləyə imza atacaqlar. Futbolçular daha sonra "sarı-qırmızılar"ın Avstriyadakı təlim-məşq toplanışına yollanacaqlar.
Əlcəzair millisinin üzvü olan Sofian Fequli 22 dekabr 1989-cu ildə Fransada dünyaya gəlib. Oyun tərzi baxımından Zinəddin Zidana bənzədiyindən ona "Yeni Zidan" ləqəbi verilib. Fequli Fransanın "Qrenobl", İspaniyanın "Valensiya" və "Almeriya" klublarında da forma geyinib. Braziliyalı Fernando Fransisko Rejesin isə 30 yaşı 3 gün əvvəl tamamlanıb. O, Braziliyanın "Vila Nova", Portuqaliyanın "Portu" və "Eştrela" komandalarında da çıxış edib.
Oxşar xəbərlər
Saranı "Saray"a gətirdilər - TRANSFER
Yayda transferlərə ən çox pul xərcləyən klublar - SİYAHI
"Qalatasaray"ın futbolçusu La Liqa klubunun hədəfində
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Qalatasaray" Fequlini rəsmən rənglərinə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası