reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın futbolçusu Ermənistana qarşı oynadı


Futbol üzrə Monteneqro milli komandası Ermənistanla yoxlama matçı keçirib.
Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən futbolçulardan Marko Veşoviç ("Qarabağ") və Edvin Kuç ("Neftçi") Monteneqroda keçirilən qarşılaşmanın iştirakçıları olublar.

Monteneqro millisinin üzv olan Veşoviç 63-cü dəqiqədə, Edvin Kuç isə 78-ci dəqiqədə meydana daxil olublar. "Qarabağ"ın digər futbolçusu Marko Yankoviç isə bu matçda oynamayıb. Onun adı ümumiyyətlə, matçın iştirakçıları sırasında olmayıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. Qollar Ermənistandan Eduard Spertsyan (1, 81-ci dəq.), Monteneqrodan isə Vasiliye Adjiç (5) və Andriya Bulatoviç vurublar.

Oxşar xəbərlər

“Qarabağ” və “Neftçi”nin futbolçuları İslandiyaya qarşı oynadı
"Qarabağ" və "Neftçi"nin futbolçuları Monteneqro millisində
"Qarabağ"ın futbolçusu Belçikaya qarşı 70 dəqiqə oynadı
"Qarabağ"ın legioneri Serbiyaya qarşı oynadı - AVRO-2024
"Qarabağ"ın futbolçuları milliyə qarşı oynadı - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər