Azərbaycan Premyer Liqasının Əsasnaməsi dəyişdi
Azərbaycan Premyer Liqası klubları 2017-2018 mövsümündən etibarən start heyətdə yaşı ən azı 21 olan bir oyunçunun xidmətindən yararlanmalı olacaqlar.
Sportfm.az saytı xəbər verir ki, bu barədə Sportnet.az-a "Zirə"nin baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, klub start heyətini 1996-cı il təvəllüdlü oyunçudan ibarət qurmaq üçün hələ Avropa Liqası matçlarından etibarən fəaliyyətə başlayıb. Abbasov Peşəkar Futbol Liqası (PFL) tərəfindən aldıqları təlimata uyğun olaraq, əsas heyətə bir 1996, ehtiyata isə bir 1996, bir 1998-ci il təvəllüdlü yerli oyunçu daxil edəcəklərini vurğulayıb.
Öz növbəsində PFL-in baş direktoru Məlik Həsənov "Report"a açıqlamasında Premyer Liqanın Əsasnaməsində dəyişiklik edildiyini təsdiqləyib. Onun sözlərinə görə, qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır. 1998-ci il təvəllüdlü daha bir oyunçu isə ehtiyatda olmalıdır. Legioner sayı isə əvvəlki kimi 6 qalıb. PFL rəsmisi artıq bu barədə klubların da məlumatlandırıldığını bildirib.
Qeyd edək ki, ötən mövsümədək start heyəti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) kimi olub. Matçın protokolunda isə 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləq idi.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
"Kəpəz" Bakıdakı "Qarabağ"la oyununa bilet satılır 28.03.2024, 09:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |