Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Natalya idmançılarımızı Astaraya apardı
Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.
Yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-u tarixlərində Kosovoda keçiiləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15-22 oktyabr tarixlərində Albaniyada keçiriləcək gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da eyni fikirdədir. O, atletlər üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini qeyd edib, komandamıza inamını ifadə edib: "Təlim-məşq toplanışının axarını mütəmadi izləyirik. Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Problemləri həll edir, tövsiyələrimizi verir, bir kollektiv şəklində uğura doğru irəlilyirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər”.
Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.
Oxşar xəbərlər
Azərbaycan millisində yeni baş məşqçi - Təyinat
İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başladı
Ağır atletika federasiyasının hesabat iclası keçirildi
Ağır atletlər Xırdalana toplanacaq
Ağır Atletika federasiyasına yeni prezident seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası













Misli Premyer Liqası