reklam
Yayılan xəbər yalan çıxdı!
Sportfm.az xəbər saytı

Yayılan xəbər yalan çıxdı!


Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb.

Sportfm.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçrənin "The Local" nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

"Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin "The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb", C.Sevec qeyd edib.
 
Bu gün Reuters agentliyi "The Local"-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. "Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz", məktubda vurğulanıb.
 
Öz növbəsində, FİFA-dan bildiriblər ki,  qurumun ünvanına bu məzmunda məktub daxil olmayıb

Oxşar xəbərlər

12 ölkə FİFA-ya müraciət etdi - İsrailin yarışlardan uzaqlaşdırılması üçün
Satılan biletlərin sayı açıqlandı - DÇ-2022
Futbol üzrə 2022-ci ilin dünya çempionatı başqa ölkəyə keçirilə bilər
Ərəb ölkələri FİFA-ya məktub göndərib
FİFA-dan Qətərlə bağlı növbəti açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər