reklam
Bu gün 11 təmsilçimiz tatami üzərinə çıxacaq -
Sportfm.az xəbər saytı

Bu gün 11 təmsilçimiz tatami üzərinə çıxacaq -Böyük Dəbilqə


Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.

Sportfm.az xəbər verir ki, kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (81 kq) mübarizəyə qoşulacaq.

Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (70 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə cüdoçulardan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Üç cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq - Dünya çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər