Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Samtredia"nın müdafiəçisi:"Bakıya gəzməyə gəlməmişik" - ÖZƏL
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Samtredia” Bakıya gəlib.
Sportfm.az xəbər verir ki, paytaxtdakı 4 ulduzlu otellərdən birində məskunlaşan Gürcüstan təmsilçisi "Azərsun Arena”da ilk məşqinə çıxıb. Bu gün isə komandanın Respublika stadionunda məşqi nəzərdə tutulub. "İnter"in sabiq futbolçusu, hazırda "Samtredia"nın şərəfini qoruyan Laşa Kasradze saytımıza oyunla bağlı fikirlərini bildirib:"Qarşıda bizi çətin görüş gözləyir. "Qarabağ" güclü rəqibdir, uzun illərdir avrokuboklarda stabil çıxış edir. Son transferlərdən xəbərimiz var, ancaq, Bakıya gəzməyə gəlməmişik. İki oyunun nəticəsinə görə növbəti mərhələyə adlamaq istəyirik".
Xatırladaq ki, "Qarabağ” – "Samtredia” oyunu iyulun 11-i, saat 21.00-da başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq
"Qarabağ"ın matçına nə qədər bilet satılıb?
Mete Kalkavan Bakıya gələcək
"Qarabağ" - "Samtredia" matçının biletləri nə vaxt satışda olacaq?
"Neftçi"nin sabiq futbolçusu:"Qurban Qurbanovun komandasının gücünü şişirtmək lazım deyil" - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası