Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız tam heyətlə yarışa bilmədi - maliyyə çətinliynə görə
Gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) Dünya Kubokunun gümüş medallarını qazanıblar.
Sportfm.az xəbər verir ki, Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.
2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olan Dünya Kubokunda idmançılarımız təəssüf ki, uğursuz çıxış ediblər. Dünya Kubokunda 64 ölkəni təmsil edən 350 klub və seçmə komandanın tərkibində 2059 karateçi iştirak edib. Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilməyib. Növbəti lisenziya yarışı payızda İspaniyada Dünya çempionatı olacaq.
Oxşar xəbərlər
Azərbaycan idmançıları Avropa çempionatında 8 medal qazandı - FOTO
15 yaşlı karateçimizdən böyük uğur - Avropa çempionu oldu
Dünya Karate Federasiyasının növbədənkənar konqresi keçirilib
Azərbaycanın gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər
Karateçilərimiz Dünya Oyunlarında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası