Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Minə yaxın snayper Bakıya gəlir
Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb.
Sportfm.az saytı APA-ya istinadən xəbər verir ki, 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışa 43 ölkənin yığması qatılacaq.
İyulun 21-dən avqustun 4-dək olacaq çempionatda 932 snayper dəqiqliyini yoxlayacaq. Onlar arasında yeniyetmələr də olacaqlar ki, həmin idmançılar Yeniyetmələrin Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionat Bakı Atıcılıq Mərkəzində olacaq.
Oxşar xəbərlər
Ermənistan millisi Bakıya gəlir - Dünya çempionatında iştirak edəcək
Bakıda atıcılıq üzrə Avropa çempionatının sonuncu günü başladı
İsveç millisi Bakıda qızıl medal qazandı
Bakıda növbəti idman turniri keçiriləcək
Atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası