reklam
Almaniya yığması Avropanın ən güclüsüdür
Sportfm.az xəbər saytı

Almaniya yığması Avropanın ən güclüsüdür


U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.
 
Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.
 
Bu, almanların U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.
 
Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatında rekordunu yenilədi
Polşa millisi Avropa çempionu oldu
Almaniya Avropa çempionu oldu - FOTO
Əlcazair ikinci dəfə Afrikanın ən güclüsü oldu - FOTO
İspanlar Avropa çempionu oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər