reklam
Sportfm.az xəbər saytı

"Tottenhem" "Qarabağ"a qalib gəldi -Avropa Liqası


“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşıb.

"Qarabağ"ı aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)

Qeyri-dəqiq penalti zəbəsi: Toral Bayramov, 57

Qırmızı vərəqə: Radu Draquiş, 8 ("Tottenhem")
London, “Tottenhem Hotspur” stadionu

Baş hakim: Villi Delajo, (Fransa)

Oxşar xəbərlər

"Fənərbaxça"dan qələbə, “Ayaks” "Beşiktaş"ı məğlub etdi - Avropa Liqası
"Tottenhem" - "Qarabağ" - START HEYƏTLƏR
“Qarabağ” “Tottenhem”ə qarşı - Avropa Liqası
“Qarabağ” İngiltərəyə yollandı
"Qarabağ" pley-off mərhələsinə çıxacaq - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər