reklam
2 kluba texniki məğlubiyyət verildi -
Sportfm.az xəbər saytı

2 kluba texniki məğlubiyyət verildi -QƏRAR


AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Hypers Guba” və “Sheki City” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verib.
Sportfm.az xəbər verir ki, hər iki komanda 1-ci turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.

Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.

“Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.

Oxşar xəbərlər

"Hypers Guba" 3-2 "Saatlı-Araz" - VİDEO
2-ci Liqada yeni mövsümünün təqvimi açıqlandı
"Sheki City" digər komandaları üstələdi - II Liqa
"Kür-Araz" 4-3 "Sheki City" - VİDEO
"Qarabağ" klubuna texniki məğlubiyyət verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər