reklam
Formula 1 pilotunun bolidi yandı - FOTO
Sportfm.az xəbər saytı

Formula 1 pilotunun bolidi yandı - FOTO


Bakıda keçirilən Formula 1 yarışlarının üçüncü sərbəst yürüşündə "Renault" komandasının pilotu Colyon Palmer mühərrikdə yaranan problemlərlə əlaqədar trası tərk edib.
Sportfm.az xəbər verir ki, ikinci döngədə bolidi tüstülənməyə və yanmağa başlayıb. Pilot bolidi vaxtında tərk edə bilib. Marşallar yanğının qarşısını alıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Oxşar xəbərlər

Formula 1 Azərbaycan Qran Prisinin qalibi kim olacaq?
Formula 1 - Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Formula-1 Qran-prisində sürpriz evlilik təklifi - FOTO
Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu
Formula 1 - Azərbaycan Qran-Prisi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər