Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"dən şəhidə qarşı hörmətsizlik -FOTO
İyunun sonlarında "Neftçi"də rəsmi olaraq yenilənmə baş verdi.
Klubun Müşahidə Şurası təsdiqləndi. Quruma sədr Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçildi. İcraçı direktor olaraq isə Cenk Sümer fəaliyyətə başladı.
Bu təyinatlardan sonra flaqmanda işlərin qaydasına düşəcəyinə inanırdıq. Roman Qriqorçukun komandaya baş məşqçi olaraq gətirilməsi ümidləri artırmışdı. Lakin həm nəticələr, həm də idarəçilik hazırda qənaətbəxş deyil. Yeni rəhbərlik qeyri-adi qərarlarla diqqət çəkir. Məsələn, "Neftçi"nin bəzi əməkdaşları, işçiləri ilə heç bir səbəb göstərilmədən yollar ayrılıb. Əslində yeni rəhbərliyin gəlişindən sonra bu, gözlənilən idi. Lakin klub rəhbərliyinin ölkə üçün canından keçən şəhidin qardaşını və qazini işdən çıxaracağını çoxu gözləmirdi.
Redaksiyamıza Bakı təmsilçisi ilə bağlı 2 şikayət daxil olub. Quliyev Vüqar və Quliyev Rasim "Neftçi"nin mühafizə xidmətinin əməkdaşlarıdır. Onlar işdən kənarlaşdırılıblar.
Vüqar şəhid Asim Quliyevin qardaşıdır. Şikayətçi Offsideplus.az-a açıqlamasında bunları söyləyib:
"Neftçi" rəhbərliyi məni heç bir səbəb göstərmədən işdən uzaqlaşdırdı. Bu məqam mənə o qədər də təsir etmədi. Vətən müharibəsi zamanı şəhid olan qardaşım Asim Quliyevin büstü klubun AFFA-nın yanındakı bazadan götürülüb. Yerinə isə stullar qoyulub. Bu hadisə 1 il öncə baş verib. Mən soruşanda demişdilər ki, büst yeni bazaya aparılacaq. Orada girişə qoyulacaq. Yeni bazanın açılışı oldu, amma büst qoyulmadı. Avqustun 1-i isə mənə işdən uzaqlaşdırıldığımı söylədilər. Mən də bildirdim ki, şəhid ailəsinin üzvüyəm. Qanunvericilikdə belə şey yoxdur. Onlar da bildirdilər ki, indiki vəziyyət belədir. Evin tək oğluyam. Atam rəhmətə gedib. Ailədə məndən başqa işləyən kimsə yoxdur. Himayəmdə oğlum var. Ailəmə necə baxacam bilmirəm".
Quliyev Rasim də Vətən müharibəsinin iştirakçısıdır. Hətta veterandır. O da "Neftçi"də mühafizə xidmətində çalışsa da, işdən uzaqlaşdırılıb:
"2022-ci ildən "Neftçi"də çalışıram. Ayın 1-dən mənə dedilər ki, işdən azadsan. Mən Vətən müharibəsinin iştirakçısıyam. İşimi normal görmüşəm. Hansısa səhvim yoxdur. Bizə qarşı belə davranmaları təsir edir. Ən azından bizi işdə saxlaya bilərdilər".

Oxşar xəbərlər
"Neftçi"də türkiyəli mütəxəssis - RƏSMİ
“Neftçi”nin yeni strukturu təsdiq olundu
Baş məşqçi ad günündə işdən qovuldu - FOTO
""Neftçi"nin bazasının qarşısında aclıq elan edəcəm" - Xəyyam Nəzərli işdən qovulmasına səbəb görmür
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Transfer qiyməti 3 milyon endi - Kristiano Ronaldo
-
Liverpul klubunun sabiq futbolçusu 20 il həbsdə yatacaq
-
“Şamaxı” “Səbail”i, “Araz-Naxçıvan” “Sabah”ı qəbul edir - Misli Premyer Liqası
-
Azərbaycanlı iş adamı ev dustaqlığına buraxıldı
-
“Zaqatala” 2–2 “Karvan” - VİDEO
-
Qurban Qurbanova mükafat təqdim edildi