reklam
“Qarabağ”dan uğurlu başlanğıc -
Sportfm.az xəbər saytı

“Qarabağ”dan uğurlu başlanğıc -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxdı.

Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 0:2

Qol: Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa point stadium”

Oxşar xəbərlər

"Qarabağ" ÇL-də növbəti mərhələyə yüksəldi
Avropadakı qürurumuz meydana çıxır - YENİLƏNİR
“Linkoln” - "Qarabağ" görüşünün hakimləri - Təyinat
“Qarabağ” – “Linkoln” oyununa neçə bilet satıldı?
“Qarabağ” “Linkoln”a qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər