reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" Lassananı transfer etdi


Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb.

Malili futbolçu ilə anlaşmanın müddəti “1+1” illikdir.

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası ÇSKA (Moskva) ilə başlayıb. Lassanın son klubu “Botev” (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.

Oxşar xəbərlər

“Kəpəz”in qapıçısı “Karvan”da
“Kəpəz”də nigeriyalı futbolçu - Transfer
"Sumqayıt" hücumçu transfer etdi
"Kəpəz" əzəli rəqibinin futbolçusunu transfer etdi
“Sumqayıt”dan yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər