reklam
Qurban Qurbanovdan açıqlama -
Sportfm.az xəbər saytı

Qurban Qurbanovdan açıqlama -“Bu barədə yaxın günlərdə qərar veriləcək”


AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında ümumi müzakirələr aparılıb.
Sportfm.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu gün keçirilən toplantıda hər hansı bir mühüm qərar qəbul edilmədiyini söyləyib: “Ciddi bir yenilik yoxdur. Hər dəfə qarşılıqlı lazım olan işlər barədə müzakirələr gedir. Çünki hələ yeni bir kollektivdir, yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün biz də fikir bildirə bilmirik. Məncə, bir neçə iclasdan sonra futbolun inkişafı üçün hansı addımların atılacağı barədə ətraflı məlumat veriləcək”.

Q.Qurbanov iclasda əsas milli komandanın baş məşqçisi məsələsi ilə bağlı müzakirələr aparıldığını söyləyib: “Bu barədə yaxın günlərdə qərar veriləcək”.

Oxşar xəbərlər

I Liqa klubu bütün yarışlardan uzaqlaşdırıldı - AÇIQLAMA
İcraiyyə Komitəsinin bugünkü qərarları
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşdü - FOTO
AFFA-da bir ilk - İşçi Qrupu yaradılır
Legioner əvəzetməsi ilə bağlı yeni qərar - İcraiyyə Komitəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər