reklam
Qızlarımız Qızıl Avropa Liqasına hazırlığı başa vurdu
Sportfm.az xəbər saytı

Qızlarımız Qızıl Avropa Liqasına hazırlığı başa vurdu


Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub.
Sportfm.az xəbər verir ki, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komanda bu gün yarışın ilk turuna ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində heç-heçə (2:2) qeydə alınıb, digərində isə komandamız 1:3 hesabı ilə məğlub olub. Bu qarşılaşmalarda əsasən gənc voleybolçular çıxış ediblər.

Yığmamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millinin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may – 2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblər Estoniya və Avstriya yığmaları olacaq.

Oxşar xəbərlər

Yuliya, Yana və Mariya milli komandamızda
Azərbaycan yığması Avropa çempionatına hazırlığını yekunlaşdırdı
Voleybolçularımız Avropa çempionatına "Kür" qırağında hazırlaşır - FOTO
Yığmamız Avstriya millisinə qalib gəldi
Yığmamız Ermənistanı məğlub etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər