reklam
Belarusdan 3 top buraxdıq
Sportfm.az xəbər saytı

Belarusdan 3 top buraxdıq


17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Sportfm.az xəbər verir ki, millimiz ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin heyətində qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

U-17 mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.

Oxşar xəbərlər

Yığmamız son oyunda da uduzdu
Millimiz Türkiyəyə qarşı - UEFA İnkişaf Turniri
Azərbaycan millisi Belarusla qarşılaşacaq - İnkişaf Turniri
Futbolçularımız özbəklərə də uduzdu
17 yaşlı futbolçularımızda ümidləri doğrultmur - 4 top buraxdılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər