reklam
İkardi rəqibi qıcıqlandırdı -
Sportfm.az xəbər saytı

İkardi rəqibi qıcıqlandırdı -FOTO


"Qalatasaray"ın ulduzu Mauro İkardi "Fənərbaxça"nın xal itirməsindən sonra paylaşım edib.

Sportfm.az xəbər verir ki, argentinalı forvardın instaqramda etdiyi paylaşımında “Hatayspor”la matçda etdiyi qol sevinci yer alıb.



İkardinin bu paylaşımı xal itirən “Fənərbaxça”lı azarkeşləri daha da qıcıqlandırıb.

Qeyd edək ki, ötən gecə Türkiyə Super Liqasının XXXIII turu çərçivəsində keçirilən "Sivasspor" - “Fənərbaxça” matçı 2:2 bərabərliklə başa çatıb.
Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahveci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbaxça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" liderlik edir.

Oxşar xəbərlər

"Qalatasaray" son dəqiqədə qol vurdu, xal fərqini artırdı - Super Liqa
"Fənərbaxça"ya İrfan Can "can" verdi - Super Liqa
İkardi 2 oyunu oynamayacaq - Zədəyə görə
Renat Dadaşov İkardi və Abubakarla bir sırada
"Fənərbaxça" və "Beşiktaş" qələbə qazandı - Türkiyə Super Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər