reklam
Rəqibin gözünə lazer işığı salan futbolçuya ağır cəza
Sportfm.az xəbər saytı

Rəqibin gözünə lazer işığı salan futbolçuya ağır cəza


Meksikanın “Tiqres” klubunun futbolçusu Nauel Qusman “Monterrey”lə ölkə çempionatı oyununda tribunadan rəqibin qapıçısı Esteban Andradenin gözünə lazer işığı saldığı üçün 11 oyunluq diskvalifikasiya olunub.

Sportfm.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının İntizam Komissiyası məlumat yayıb.

Qusman qarşılaşma boyu həmkarının gözünə lazer işığı salmaqla onun diqqətini yayındırmağa çalışıb. Argentina millisinin sabiq qolkiperi eyni zamanda cərimə ödəyəcək və ictimai işlərə cəlb olunacaq. Andrade isə görüşün ardından sosial şəbəkə vasitəsilə Qusmanı təhqir etdiyi üçün cərimələnib.

Qeyd edək ki, Meksika çempionatının XV turunun “Monterrey” – “Tiqres” matçı 3:3 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
Hakimi təhqir edən legionerə ağır cəza - QƏRAR
Hakimləri təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
"Tiqres" Meksika çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər