reklam
Oynadı formaya düşdü və hədəfə çevrildi -
Sportfm.az xəbər saytı

Oynadı formaya düşdü və hədəfə çevrildi -UĞUR


“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud Avropanın bir neçə top klublarının marağına səbəb olub. İngilis forvard İspaniyanın “Xetafe” klubunda icarə əsasında oynayaraq karyerasını bərpa etməyi bacarıb.

Sportfm.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Barselona”, “Atletiko Madrid” və “Yuventus”la maraqlanır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

O, bu klubların yay transfer hədəfləri siyahısındadır.

Bu mövsüm Qrinvud “Xetafe”nin heyətində 25 oyun keçirib və La Liqada 6 qol vurub, həmçinin İspaniya Kubokunda 3 oyun keçirib, 2 qol vurub.

2022-ci il yanvarın sonunda Mançester polisi Qrinvudu model Harriet Robsona təcavüzdə şübhəli bilərək həbs edib. Tezliklə o, girov müqabilində sərbəst buraxılıb və bir il sonra prokurorlar əsas şahidlərin ifadələrinin geri alınması səbəbindən Qrinvuda qarşı bütün ittihamların ləğv edildiyini bildirib.

Oxşar xəbərlər

Türkiyəli hücumçu Premyer Liqa klubunda
Özbək hücumçu İtaliya klubunda
"Mançester Yunayted"in sabiq futbolçusu azadlığa buraxıldı
“Mançester Yunayted”in hücumçusu həbs edildi
18 yaşlı hücumçu ayın futbolçusu seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər