reklam
Voleybol məşqçisi ehtirasının qurbanı oldu
Sportfm.az xəbər saytı

Voleybol məşqçisi ehtirasının qurbanı oldu


Voleybol dünyasında daha bir xoşagəlməz hadisə yaşanıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu, ABŞ-ın Nyu-Meksiko ştatının Silver şəhərində baş verib.

Belə ki, orta məktəblərin birində voleybol komandasının baş məşqçisi şagirdi ilə cinsi əlaqədə olmaqda təqsirləndirilir. Ştat polisi bildirir ki, eyni zamanda, məktəbin riyaziyyat müəlliməsi olan 31 yaşlı Tiana Sançes ehtirasının qurbanı olub. Artıq həbs edilən məşqçiyə 4 maddə üzrə cinayət işi açılıb.
 
Polis hadisə ilə bağlı onlara cinsi istismara məruz qalan şagirdin anasının məlumat verdiyini bildirib. Asayiş keşikçilərinin ifadəsini aldığı azyaşlı son 1 ay ərzində çalışdırıcısı ilə 4 dəfə intim əlaqədə olduğunu açıqlayıb. Ondan əlavə, şagirdin telefonunda müəlliməsi ilə arasındakı seksual mesajlar və şəkillər aşkarlanıb.
 
Bu, Sançesin həbs edilməsi üçün yetərli olub.

Oxşar xəbərlər

Həbs edilən idmançıların şikayəti ilə bağlı qərar verildi
Azyaşlı idmançıyla cinsi əlaqədə olan məşqçiyə 15 illik həbs - Dəhşət
Məşhur modelin başı dərddə - həbs edildi
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Yığmanın sabiq üzvlərinə 22 il həbs!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər