reklam
Sportfm.az xəbər saytı

"Milan" və "Liverpul" 1/4 finalda -Avropa Liqası


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, 8 cavab oyununun hamısı eyni gündə keçirilib.

Azərbaycan təmsilçisi "Qarabağ" "Bayer"in qonağı olub. Leverkuzendə "BayArena"da oynanılan görüş "Bayer"in qələbəsi ilə başa çatıb.

Turnirdə artıq 4 oyun başa çatıb. Yekunlaşan qarşılaşmalardan sonra isə "Milan", "Vest Hem", "Benfika", "Marsel", "Liverpul", "Bayer", "Roma" və "Atalanta" 1/4 finala adlayıb.

1/4 final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

14 mart

21:45. "Reyncers" (Şotlandiya) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Silva, 66

İlk oyun - 2:2

21:45. "Slaviya" (Praqa, Çexiya) - "Milan" (İtaliya) - 1:3

Qollar: Yurasek, 84 - Pulişiç, 33, Loftus-Çik, 36, Leau, 45+6

İlk oyun - 2:4

21:45. "Vilyarreal" (İspaniya) - "Marsel" (Fransa) - 3:1

Qollar: Kapue, 32, Şorlot, 54, Masqera, 86 - Klaus, 90+4

İlk oyun - 0:4

21:45. "Vest Hem" (İngiltərə) - "Frayburq" (Almaniya) - 5:0

Qollar: Paqet, 9, Bouen, 32, Kresvell, 52, Kudus, 77, 85

İlk oyun - 0:1

"Atalanta" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 2:1

Qollar: Lukman, 46, Skamakka, 59 – Qonsalves, 33.

İlk oyun 1:1

"Brayton" (İngiltərə) – "Roma" (İtaliya) - 1:0

Qol: Uelbek, 37.

İlk oyun 0:4

"Bayer" (Almaniya) – "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+8 – Abdullah Zubir, 58, Olavio Juninyo, 67.

İlk oyun 2:2

"Liverpul" (İngiltərə) – "Sparta" (Praqa, Çexiya) - 6:1

Qollar: Nunyes, 7, Klark, 8, Salah, 10, Qakpo, 14; 55. Soboslai, 48 – Birmançeviç, 42.

İlk oyun 5:1

Oxşar xəbərlər

"Bayer Leverkuzen" yenə uduzmadı - Avropa Liqası
“Bayer” “Vest Hem”ə rəqib oldu - Avropa Liqası
“Liverpul”, “Milan” və “Roma” qalib gəldi - Avropa Liqası
Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"ın rəqibi müəyyənləşir - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər