reklam
Şəhid övladı “Kəpəz”in məşqində iştirak edib -
Sportfm.az xəbər saytı

Şəhid övladı “Kəpəz”in məşqində iştirak edib -FOTO


Şəhid övladı “Kəpəz” futbol klubunun məşqində iştirak edib.

Sportfm.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Klubun azyaşlı azarkeşlərindən olan Hüseyn Əliyev Məşq Mərkəzində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb.

2020-ci ildə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə ermənilər tərəfindən atılan raket zərbələri nəticəsində ata-anası şəhid olan 12 yaşlı Hüseyn məşqdə alqışlarla qarşılanıb. Baş məşqçi Adil Şükürov bu gün sevimli peşələri ilə məşğul olduqları üçün şəhidlərə borclu olduqlarını bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında düşmənə layiqli cavab verdiyini qeyd edib. Şəhid övladlarının xalqa, dövlətə əmanət olduğunu vurğulayıb.

Görüşün sonunda Hüseyn komanda ilə xatirə şəkli çəkdirib.

Oxşar xəbərlər

Şəhid övladları üçün yay düşərgəsi başa çatdı - FOTO
Şəhid övladları üçün yay düşərgəsi - FOTO
Nazir şəhid ailələri və qazilərlə görüşdü - FOTO
Oyundan öncə gözəl anlar - FOTO
Azərbaycan çempionu şəhid oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər