reklam
“Qarabağ” 900 klub arasında 39-cudur -
Sportfm.az xəbər saytı

“Qarabağ” 900 klub arasında 39-cudur -SİYAHI


2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb.

Sportfm.az xəbər verir ki, 54 liqanın 900 klubu ilə bağlı aparılan araşdırma nəticəsində Azərbaycan təmsilçilərinin mövqeləri də müəyyənləşib.

Bu baxımdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi hər matçda orta hesabla 5,81 dəqiq zərbə ilə yadda qalıb. Qurban Qurbanovun kollektivi bu baxımdan dünyanın 39-cu komandasıdır.

Azərbaycan Premyer Liqasının iştirakçıları arasında “Qarabağ”dan sonra ikinci sırada “Turan Tovuz” qərarlaşıb. Bölgə klubu orta hesabla hər görüşdə "çərçivə"yə 4,64 zərbə vurub.

Premyer Liqada klublarının göstəriciləri:

1. “Qarabağ” - 5,81

2. “Turan Tovuz” - 4,64

3. “Sabah” - 3,81

4. “Qəbələ” - 3,73

5. “Səbail” - 3,73

6. “Araz-Naxçıvan” - 3,57

7. “Neftçi” - 3,50

8. “Kəpəz” - 3,38

9. “Zirə” - 2,77

10. “Sumqayıt” - 2,73

Qeyd edək ki, dünya reytinqinə Niderland klubu PSV başçılıq edir. Eyndhoven təmsilçisi orta hesabla hər qarşılaşmada rəqib qapıçını 8,92 “seyv”ə vadar edib.

Oxşar xəbərlər

Orta hesabla ən azı 3 qol vuruldu - Misli Premyer Liqası
“Qarabağ” liderdir - Topa sahibolma və dəqiq ötürmə
2-ci dövrənin ilk turu rəqəmlərin gözü ilə
"Qarabağ" dünyada ən yaxşılar arasında
“Qarabağ” ən çox dəqiq ötürmə verən komandadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər