reklam
PSJ Emeri ilə yeni müqavilə imzalayır
Sportfm.az xəbər saytı

PSJ Emeri ilə yeni müqavilə imzalayır


PSJ yaxın vaxtlarda 18 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadacaq.

Sportfm.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Futbolçunun müqaviləsi yaxın günlərdə, ən uzağı yaxın həftələrdə uzadılacaq.

PSJ-nin onu idman layihəsinin mərkəzi fiquru etmək niyyətində olduğu vurğulanır.

Zair-Emeri PSJ-nin yetirməsidir. O, bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Oxşar xəbərlər

Xviça ilə yeni müqavilə imzalanır
“Yuventus” türkiyəli futbolçunun maaşını artıracaq
Qaret Sautqeytin müqaviləsi uzadılacaq
"Real"da yeni müqavilə - 5 illik
“İnter” Mxitaryana yeni müqavilə təklif etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər