reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" yarımfinalda -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun gününə 2 oyun keçirilib. "Zirə" ilk matçda qalib gəldiyi (2:1) "Səbail"lə bu dəfə evdə qarşılaşıb. Rəşad Sadıqovun komandası 3:0 hesablı qələbə ilə yarımfinala yüksəlib.

"Zirə" bu mərhələdə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" isə ilk oyunda darmadağın etdiyi (7:1) "Sabah"ı qəbul edib. Görüş "Sabah" 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsində görə "Qarabağ" yarımfinala yüksəlib. Ağdam təmsilçisi bu mərhələdə "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

8 fevral

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

20:00. "Qarabağ" - "Sabah" - 3:4

Qollar: Kristian Da Silva 5 (0:1), Jarl Marqarita, 27 (0:2), Hamidu Keyta, 30 (1:2), İshak Belfodil, 58 (1:3), Adama Diakabi, 61 (2:3), İshak Belfodil, 69-pen. (2:4), Maruan Hadudi, 74-avtoqol (3:4)

Qırmızı vərəqə: Riçard Almeyda, 76 ("Qarabağ")

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

İlk oyun - 7:1.

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibi kim olacaq?
"Zirə" yarımfinalda - Azərbaycan kuboku
"Qəbələ" "Araz-Naxçıvan"a, "Neftçi" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
"Qarabağ"dan böyükhesablı qələbə - ÖLKƏ KUBOKU
Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər