reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxır


"Neftçi"nin futbolçusu Azər Salahlı cəzalı duruma düşüb.
Sportfm.az xəbər verir ki, buna səbəb 29 yaşlı müdafiəçinin Misli Premyer Liqasının 20-ci turunda "Sabah"la görüşdə sarı vərəqə ilə cəzalandırılmasıdır. O, 21-ci turda "Sumqayıt"la görüşü buraxacaq.

Qolkiper İvan Brkiç, hücumçu Kilian Lebon və yarımmüdafiəçi Ataa Caaberin isə "Sumqayıt"la matçda iştirak etməyəcəyi bəlli idi. Zədəli olan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır.

Asiya kobokunda Fələstin milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə olunur.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

Oxşar xəbərlər

“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxacaq
"Neftçi"də zədəli futbolçular "gözləyir"
“Neftçi”nin bu futbolçuları “Qarabağ”la oyunu buraxacaq
"Neftçi"nin zədəlilərinin son durumu
“Neftçi”nin zədəli futbolçularının vəziyyəti bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər