reklam
Axır ki, Belhanda Adananı tərk etdi
Sportfm.az xəbər saytı

Axır ki, Belhanda Adananı tərk etdi


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor"dan daha bir futbolçu ayrılıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi Yunus Belhanda Super Liqa təmsilçisi ilə vidalaşıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Daha əvvəl "Adana Demirspor"un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün "Adana Demirspor"dan ayrılıb.

Oxşar xəbərlər

“Adana Dəmirspor” sanksiyalara məruz qaldı
Belhanda Qətər klubunda - RƏSMİ
Şahruddinin komandasında daha bir ayrılıq
"Adana Demirspor" onunla yollarını ayırdı
Şahruddin "Adana Demirspor"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər