Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”nin sabiq futbolçusu özünə yeni "yem yeri" tapdı
“Neftçi”nin sabiq futbolçusu Lukas Qomes növbəti dəfə komandasını dəyişib.
Sportfm.az xəbər verir ki, demək olar hər il yeni kluba keçən argentinalı hücumçu bu dəfə Qvatemalada oynayacaq. 36 yaşlı forvard “Deportivo Xinabacul”la 1 illik müqavilə imzalayıb.
Maraqlıdır ki, Lukas Qomes bununla karyerası ərzində 17-ci dəfə komandasını dəyişib. O, indiyə qədər ölkəsi Argentina ilə yanaşı, Kosta Rika, Honduras, Kolumbiya, Peru, Boliviya və Qvatemalada çıxış edib.
Forvardın Avropada yeganə komandası “Neftçi” olub. O, 2018-ci ilin yanvarından iyununa qədər Azərbaycan çempionatında oynayıb.

Oxşar xəbərlər
“Neftçi”nin sabiq futbolçusu klubunu dəyişdi
İki legioner "Neftçi"yə lazım deyil
"Neftçi" heyətini hücumçu ilə gücləndirdi
Ağayev "Neftçi"də ilinə nə qədər qazanacaq?
"Neftçi"nin sabiq üzvü Superliqada - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası