reklam
“Qəbələ” 1/4 finalda!
Sportfm.az xəbər saytı

“Qəbələ” 1/4 finalda!


Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, ilk olaraq dünən iki oyun keçirilib. Premyer Liqa təmsilçilərindən “Sabah”la “Kəpəz” Tovuzda üz-üzə gəlib. 7 qolun vurulduğu matçda qələbəyə sevinən “Sabah” olub.

“Sumqayıt” isə bu mərhələdə “Karvan”la qarşılaşıb. 4 qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə yekunlaşıb.

Bu gün daha iki oyun baş tutacaq. Əvvəlcə “Araz-Naxçıvan” “İrəvan”ı sınağa çəkib. Premyer Liqa təmsilçisi darmadağınla qalib gələrək, mərhələni keçib.

Günün son matçında “Qəbələ” “İmişli” ilə qarşılaşıb və son dəqiqə qolu sayəsində mərhələ adlayıb.

Bu mərhələnin digər oyunları 20 və 21 dekabrda keçiriləcək.

Azərbaycan kuboku, 1/8 final

18 dekabr

Kəpəz – Sabah 3:4
Qol: Adama Niane, 36-pen; 45; 76 – Vinsent Til, 14. Cesse Sekidika, 23. Emmanuel Apeh, 39. Amin Seydiyev, 89.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Tovuz şəhər stadionu, 14:00

Sumqayıt – Karvan 3:1
Qol: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sumqayıt şəhər stadionu, 17:00

19 dekabr

İrəvan – Araz-Naxçıvan 2:8
Qol: Vüsal Qənbərov, 16.Vüsal Əsgərov, 37 – Aleksey Nqando, 24. Orxan Əliyev, 24; 51. Aksel Nqando, 43; 45+4-pen. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASK Arena”, 13:00

İmişli – Qəbələ 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 16:00

Oxşar xəbərlər

“Araz-Naxçıvan” 8 qolla 1/4 finala vəsiqə qazandı
“Kəpəz” – “Sabah” matçına hakim təyinatları - Azərbaycan Kuboku
“Kəpəz” “Sumqayıt”a qarşı – Misli Premyer Liqası
8-ci turun hakim təyinatları - I Liqa
“Qarabağ” Tovuz səfərində, “Neftçi” “Səbail”ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər