reklam
Azərbaycan klubu  “Concorde Deluxe” otelində məskunlaşacaq
Sportfm.az xəbər saytı

Azərbaycan klubu “Concorde Deluxe” otelində məskunlaşacaq


“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanacaq.

Buna qədər, yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular üç gün doğma şəhərdə hazırlıq keçəcəklər.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi hələ ki, məlum deyil.

Oxşar xəbərlər

"Sumqayıt" da Türkiyəyə getdi
"Sabah" Türkiyədə iki yoxlama oyunu keçirəcək
"Sumqayıt"ın ilk rəqibi məlum oldu - Toplanış
“Sumqayıt”ın qış hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
"Sumqayıt" Türkiyədə neçə görüş keçirəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər