reklam
Bundesliqa matçı təxirə salındı -
Sportfm.az xəbər saytı

Bundesliqa matçı təxirə salındı -Hava şəraitinə görə


Bundesliqanın 13-cü turunda bu gün keçirilməli olan “Bavariya” – “Union” matçı təxirə salınıb.
Sportfm.az xəbər verir ki, buna səbəb Münhendəki pis hava şəraitidir. Şəhərə güclü qar yağıb. Ona görə də Bundesliqa sözügedən görüşü təxirə salmaq qərarına gəlib.

Qarşılaşmanın təxirə salınması ilə bağlı təfərrüatlar yaxın vaxtlarda açıqlanacaq.

Xatırladaq ki, Almaniya çempionatının 12 turundan sonra "Bavariya" 32 xal toplayıb və hazırda 2-ci pillədə qərarlaşıb. "Union" isə 7 xalla 18-cidir.

Oxşar xəbərlər

Təxirə salınan oyununun tarixi müəyyənləşdi
İsrailin matçı təxirə salındı
İsrail - İsveçrə matçı təxirə salındı - Müharibə
Bundesliqanın oyunu təxirə salındı - Koronavirusa görə
Mançester derbisi təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər