reklam
Millinin oyunçusu Azərbaycanla oyunu buraxacaq
Sportfm.az xəbər saytı

Millinin oyunçusu Azərbaycanla oyunu buraxacaq


Belçika millisinin futbolçusu Amadu Onana AÇ-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycanla keçiriləcək oyunu buraxacaq.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Baldır nahiyəsindən xəsarət alan 22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə matçda iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.

Noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Azərbaycan millisi sə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycan millisi Belçikaya qarşı - AVRO-2024
Azərbaycanla oyun ərəfəsində Belçika yığmasında itki - AVRO-2024
Belçika - Azərbaycan matçına 30 min bilet satıldı
Belçika - Azərbaycan oyununun hakimləri bilindi - AVRO-2024
Belçikalı oyunçu Azərbaycanla matçda iştirak etməyəcək - Zədə səbəbindən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər