reklam
Sportfm.az xəbər saytı

"Rəqib asanlıqla qol vurdu" -Yanne Andersson


"Qapımızda gördüyümüz üçüncü qol çox yaxşı idi. Rəqibi təbrik edirəm".
Sportfm.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin yaxşı komanda olduğunu vurğulayıb: "Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Rəqib Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdı. Onlar qələbəyə layiq idilər".

Qeyd edək ki, Skandinaviya təmsilçisinin qapısından üçüncü qolu Emin Mahmudov keçirib. Yarımmüdafiəçi uzaq məsafədən fərqlənib.

Oxşar xəbərlər

Emin Mahmudov ən yaxşılar sırasında - AVRO-2024
Azərbaycan millisindən böyükhesablı qələbə - AVRO-2024
İsveç millisinin açıq məşqinin vaxtı bilindi - AVRO-2024
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər