reklam
Okan Burukun maaşı artırıldı -
Sportfm.az xəbər saytı

Okan Burukun maaşı artırıldı -150 faiz


"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.
Sportfm.az xəbər verir ki, bu haqda Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.

Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümdəcə komandaya Türkiyə çempionluğu qazandırıb. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24 mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb.

Oxşar xəbərlər

Okan Buruk 2 illik müqaviləyə qol çəkdi
Okan Buruk "Qalatasaray"dan gedir - Sensasiya
Okan Buruk tarix yazdı - UĞUR
Okan Burukla yeni müqavilə imzalandı - Detalları açıqlanmadı
Okan Burukun yeni iş yeri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər