reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin rəqibi məlum oldu -Gənclər Liqası


UEFA Gənclər Liqasında "Puşkaş Akademiya"ya qalib gələn “Qəbələ”nin növbəti rəqibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bölgə təmsilçisi 2-ci mərhələdə "Olimpiakos"la qarşılaşacaq.

Yunanıstan klubu ilk mərhələdə İtaliya “Leççe”sini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.

Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.

Oxşar xəbərlər

"Qəbələ" "Olimpiakos"a uduzdu
“Qəbələ” bu gün “Olimpiakos”la qarşılaşacaq - Gənclər Liqası
"Qəbələ" cavab oyununa çıxır - UEFA Gənclər Liqası
"Qəbələ" mübarizəyə başlayır - Gənclər Liqası
"Qəbələ"nin rəqibi müəyyənləşdi - Gənclər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər