reklam
Bakı-2017: Bədii gimnastika, boks və tennis yarışları başlayır - TƏQVİM
Sportfm.az xəbər saytı

Bakı-2017: Bədii gimnastika, boks və tennis yarışları başlayır - TƏQVİM


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışlar davam edir.
Sportfm.az xəbər verir ki, bu gün kişi həndbolçulardan ibarət komandalar arasında 5-6 və 7-8-ci yerlər uğrunda oyunlar keçiriləcək.

TƏQVİM:

09:00 - 10:35

Kişilər - komanda 7-8-ci yerlər uğrunda oyun

11:15 - 12:50

Kişilər - komanda 5-6-cı yerlər uğrunda oyun

Yarışların 5-ci günündə tennis yarışlarına start veriləcək. Kişilər və qadın idmançılar seçmə mərhələsində mübarizəyə başlayacaqlar.

TƏQVİM:

10:00 - 17:00

Kişilər - komanda A qrupu seçmə mərhələsi

 
Kişilər - komanda B qrupu seçmə mərhələsi

 
Qadınlar - komanda B qrupu seçmə mərhələsi

Həmçinin voleybol yarışları çərçivəsində Qətər Əlcəzair, İran kollektivi isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

TƏQVİM:

10:00 - 12:30

Kişilər - komanda qrup oyunu B1 (Qətər - Əlcəzair)


12:30 - 15:00

Kişilər - komanda qrup oyunu B2 (İran - Səudiyyə Ərəbistanı)

Bu gün, həmçinin bədii gimnastika yarışlarına start veriləcək. Birinci gün halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Azərbaycanı bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.

TƏQVİM:

12:00 - 14:00

Qadınlar - halqa təsnifat mərhələsi

 
Qadınlar - top təsnifat mərhələsi

Həmçinin 4 çəki dərəcəsində boks yarışları başlayacaq. Azərbaycanı 60 kq çəki dərəcəsində Cavid Çələbiyev, 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, +91 kq-da isə Məhəmmədrəsul Məcidov təmsil edəcək.

TƏQVİM:

12:00 - 15:15

Kişilər - yüngül çəki (60 kq)

 
Kişilər - yarım-orta çəki (69 kq)

 
Kişilər - orta çəki (75 kq)

 
Kişilər - superağır çəki (+91 kq)

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək.

Oxşar xəbərlər

İslam Oyunlarında 11-ci günün təqvimi
İslam Oyunlarında günün təqvimi
İslam Oyunlarının 9-cu günü - TƏQVİM
İslam Oyunlarında 8-ci günün təqvimi
Bakı-2017: Voleybol yarışlarına start verilir - OYUN CƏDVƏLİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər