reklam
Ulduz futbolçu üçün mövsüm bitdi -
Sportfm.az xəbər saytı

Ulduz futbolçu üçün mövsüm bitdi -Zədə


Xorvatiya millisinin və İngiltərənin “Tottenhem” klubunun futbolçusu İvan Perişiç üçün mövsüm başa çatıb.

Sportfm.az xəbər verir ki, buna səbəb 34 yaşlı yarımmüdafiəçinin zədələnməsidir.

Ulduz futbolçunun məşq zamanı sağ dizinin ön çarpaz bağının yırtıldığı aşkarlanıb. Tezliklə əməliyyat olunacaq Perişiç mövsümün qalan hissəsini bərpa prosesinə həsr edəcək.

Qeyd edək ki, İvan Perişiç bu mövsüm “Tottenhem”in heyətində keçirdiyi 6 oyunda 2 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Rüfət Dadaşov üçün mövsüm bitdi - Zədəyə görə
"Turan"ın futbolçusu üçün mövsüm erkən bitdi
Cəmi 1 avro maaş alacaq
"Liverpul"un futbolçusu üçün mövsüm erkən bitdi
"İnter" İkardini və Perişiçi itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər